Səməd Seyidov: "Azərbaycan davamlı inkişafa malik olan ölkələrdən biridir"
13:29 24-11-2015
CƏMİYYƏT
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənir, ölkəmizə maraq artır. Biz beynəlxalq təşkilatlarda, xüsusilə də Avropa Şurasında öz maraqlarımızn müdafiəsi, ölkəmizin mövqeyinin möhkəmlənməsi üçün fəaliyyət göstəririk. Biz öz fəaliyyəmizlə həm də hər bir vətəndaşımızın mövqeyini beynəlxalq müstəvidə qoruyuruq".
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, Azərbaycan regionun lider ölkəsi olmaqla yanaşı, həm də davamlı inkişafa malik olan ölkələrdən biridir. Onun sözlərinə görə, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsini təsəvvür etmək belə mümkün deyil.
"Azərbaycan beynəlxalq əlaqələrini uğurla inkişaf etdirir, əlaqələrin əhatə dairəsini mütəmadi olaraq genişləndirir. Eyni zamanda, parlament səviyyəsində xarici əlaqələr inkişaf edir və bu ölkəmizin dünya arenasında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir. Biz, həmçinin parlament səviyyəsində beynəlxalq əlaqələrimizdə bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair prinsipial mövqeyimizi xüsusi olaraq ifadə edirik. Bu məsələdə bizim konkret mövqeyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır"- deyə, S.Seyidov vurğulayıb.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18