Milli Məclis yeni tərkibdə fəaliyyətə başladı
13:12 25-11-2015
CƏMİYYƏT
Oqtay Əsədov növbəti dəfə spiker seçildi; Vitse-spikerlər və komitə sədrləri müəyyənləşdi
Dünən Konstitusiya Məhkəməsi noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirib. Konstitusiya Məhkəməsi iclasda seçkilərin yekun nəticələrini təsdiq edib.
Sonara Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasda təşkilati məsələlərə baxılıb, Milli Məclisin sədri, müavinləri, eləcə də komitələrin sədrləri seçilib.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açdı. O dedi ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparıb. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub. İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndi. İclasa sədrlik edən Fəttah Heydərov dedi ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir. Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.
Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verdi. Dövlətimizin başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söylədi.
V çağırış Milli Məclisin (MM) ilk sessiyasında MM sədrinin seçkisi olub. Parlament sədrliyinə Oqtay Əsədovun namizədliyi verilib. Onun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. O.Əsədov gizli səsvermə ilə yenidən MM-in sədri seçilib. Gizli səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun namizədliyinin lehinə səs verib. O.Əsədov ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Milli Məclisin (MM) ilk sessiyasında MM sədri müavinlərinin seçkisi keçirilib. Ziyafət Əsgərov MM sədrinin I müavini, Bahar Muradova və Valeh Ələsgərov isə sədr müavinləri seçiliblər.
Azərbaycan Milli Məclisində 4 yeni komitə yaradılması ilə bağlı qanun layihəsi var. Parlamentdə Səhiyyə, Ailə, qadın, uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar komitələri yaradılır. Həmçinin Təhlükəsizlik və müdafiə məsələləri komitəsi Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə, İqtisadi siyasət komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq, Sosial siyasət komitəsi isə Əmək və sosial siyasət komitəsi adlandırılacaq. Beləliklə, V çağırış Milli Məclisdə 16 komitənin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Milli Məclisdə komitə sədrləri seçilib. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Beynəlxalq münasibətlər, parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri isə Ziyad Səmədzadə seçiliblər. Yeni yaradılan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Gənclər və idman komitəsinin sədri isə Fuad Muradov seçiliblər. Bununla da, yeni çağırış MM-in ilk iclası başa çatıb.
H.İsgəndərov
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15