İlham Əliyev Milli Məclisdə çıxış etdi
13:23 25-11-2015
CƏMİYYƏT
Azərbaycan prezidenti: "Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib, bunu beynəlxalq müşahidəçilər də təsdiq edib"
"Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından sistem xarakterli islahatlar, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilir".
Bunu V çağırış Milli Məclisin ilk sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı bildirib ki, iqtisadi sahədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bölgələrdə infrastruktur və sosial təyinatlı layihələrin həyata keçirilməsi vacibdir.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir: "Cənub Qaz Dəhlizinin reallaşması ölkəmizin imkanlarını daha da genişləndirəcək, bölgədə və qitədə gedən proseslərə Azərbaycanın təsir imkanlarını artıracaq. Bundan əlavə, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycan mühüm rol oynayır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz və ölkəmizə qarşı aparılan çirkin kampaniyalara ən gözəl cavab Azərbaycan reallıqlarıdır".
Dövlət başçısı qeyd edib ki, dünyada vəziyyət, güclər nisbəti dəyişir: "Azərbaycanda isə təhlükəsizlik təmin edilir. Azərbaycan özünü hər bir xarici müdaxilədən qorumaq iqtidarındadır. Azərbaycan müstəqillik yolu ilə uğurla gedir".
"V çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə sizi təbrik edirəm. Noya brın 1-də keçirilən seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib, bunu beynəlxalq müşahidəçilər də təsdiq edib".
Azərbaycan prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk sessiyasında çıxışında deyib ki, bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb: "Azərbaycan demokratiyaya sadiqdir və ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Son illər ölkədə gedən inkişaf prosesləri bu seçkinin nəticələrinə də mühüm təsir göstərib".
Prezident İlham Əliyev deyib ki, ölkəmizin beynəlxalq nüfuzu artır, dünyada etibarlı tərəfdaş kimi tanınır: "Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edir bu da vətəndaşların həyatına təsir edir. Yoxsulluq və işsizliyə qarşı mübarizə sahəsində Azərbaycan ciddi nailiyyətlər qazanıb. Bütün bu uğurların təməlində sabitlik dayanır".
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18