172 müharibə əlili və şəhid ailəsinə mənzil verildi
13:25 26-11-2015
CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Quba rayonunda yeni fərdi yaşayış evləri müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub.
ƏƏSMN-nin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik daha 6 yeni fərdi yaşayış evini Quba rayonunda bu təbəqədən olan insanlara təqdim edib. Onlardan 5-i Qarabağ müharibəsi əlillərinə, 1-i isə şəhid ailəsinə təqdim olunub.
Evlərin istifadəyə verilməsi tədbirlərində bildirilib ki, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, ayrı-ayrı rayonlarda (Qusar, Ağcabədi, Ağdam, Yevlax, Bərdə, Zərdab, Goranboy, Quba) ümumilikdə 62 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Həmçinin Bakı, Gəncə, Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil bu təbəqələrdən olanlara təqdim olunub. Beləliklə, bu ilin ötən dövründə artıq 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda isə həmin insanlar üçün ölkəmizin bölgələrində fərdi yaşayış evlərinin, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında çoxmənzilli yaşayış evlərinin inşası, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Hüseyn
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18