Klintonun Qafqaz turnesinin ilgincləri
12:11 07-06-2012
CƏMİYYƏT
Klintonun Qafqaz turnesinin ilgincləri
Cəbhə xəttində döyüşlər təzələndi, "İran cəbhəsi"ndə zəif nöqtələr aranacaq, Türkiyə-Ermənistan sərhədləri açıla bilər...
Hillari Klintonun regiona səfəri atəşlə müşahidə edilməkdədir. Artıq üç gündür ki, cəbhə bölgəsində şiddətli döyüşlər gedir. Döyüşlər cəbhə bölgəsində nə qədər artırsa, ABŞ-da mharibənin qaçılmazlığı ilə bağlı proqnozlarda o qədər verilir. Artıq heç kəs də şübhə yoxdur ki, ortada ciddi oyunlar var və bu oyunlarda sadəcə ehtiyatlı olmaq kifayət etməyəcək.
Maraqlıdıdır, bəs oyunlar nədən ibarət ola bilər? Hazırda üç ciddi versiya mütəxəssislər tərəfindən proqnozlaşdırılır. İlk növbədə hesab edilir ki, Rusiya bölgədə münaqişəni alovlandırmaqla öz təsirini artırmaq istəyir və səfərin əsas məqsədi bunun qarşısını almaqdır.
İkinci versiya bundan ibarətdir ki, yaxın zamanlarda İrana qarşı kampaniya olacaq və bu səfərlə ABŞ region dövlətlərinin münasibətlərini, imkanlarını öyrənir.
Üçüncü versiya isə budur ki, ABŞ Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yenidən start verib və bu səfərlə tərəflərin razılığı alınır. Əslində bu versiyaların hər biri elə ABŞ-da da ciddi dartışılmaqdadır. Dondurulmuş münaqişə qaynar münaqişəyə çevrilə bilərmi?
ABŞ-ın Cənubi Qafqaz üzrə ən yaxşı analitiklərinin Vaşinqtonda Vudro Vilson Mərkəzində apardıqları müzakirələrin mövzusu belə olub. Müzakirə iştirakçıları atəşkəsin pozulması və Ermənistan-Azərbaycan sərhədində gərginliklə bağlı dərin narahatlıqlarını bildiriblər. Bu, son illərdə ən ciddi gərginlik idi, onun nəticəsində üç erməni və beş Azərbaycan əsgəri öldürülüb.
Xarici siyasət üzrə Amerika Şurasının elmi əməkdaşı Ueyn Merri hesab edir ki, "Sadəcə müharibə getmir, bu həm də müsbət bir şey kimi qəbul olunur".
ATƏT-in Minsk Qrupu bunun qarşısını almaq iqtidarında deyil. "Vasitəçilər danışıqlar aparmır: Hər iki tərəf - Azərbaycan və Ermənistan onların işini əngəlləyir və vasitəçilikdə güc arbitrajına keçməyin vaxtı yetişib" - deyə Merri bildirib.
Yeni münaqişə 1988-ci ildəkinin təkrarı olmayacaq, hərbi hazırlıqları nəzərə alsaq, bu, daha sürətli və ölümcül olacaq. Buna görə də gözlənildiyindən daha çox dağıntı olacaq.
Yeni müharibə həmçinin regional oyunçuları - Azərbaycan üçün Türkiyəni və Ermənistan üçün Rusiyanı da cəlb edəcək.
"Münaqişə yalnız bu regionla məhdudlaşmayacaq, yayılacaq" - deyə o əlavə edib.
"Məsələni həll etmək üçün böyük qardaşın güclü əli lazımdır" deyən Merri Türkiyənin iştirakı olmadan Azərbaycanın bu addımı atmayacağını nəzərdə tutub.
Müzakirələrin digər iştirakçısı, Karnegi Fondundan Tomas de Vaal deyib ki, hər il onlarca insan həlak olur, odur ki, bu, dondurulmuş münaqişə deyil. Bu yaxınlarda baş verən hadisələr bunu bir daha sübut etdi.
Dünyanın müxtəlif liderləri uğursuz olaraq bu münaqişəni həll etməyə çalışıblar. Xarici qüvvələr problem deyil, məsələnin kökü ötən əsrlərə gedir, sərhədlərin ortaya çıxdığı andan bəri qonşular - ermənilər və azərbaycanlılar yola getməyiblər.
Bakı hazırda yüksəlməkdədir və dünyada çəkisi var, bu proses hələ 15-20 il davam edəcək.
De Vaal və Merri hesab edirlər ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdıra və Dağlıq Qarabağ üçün müsbət nümunə ola bilər, "Amma ilk addımı Türkiyə atmalıdır, lakin Ankara və İrəvan hələ də barışmayıblar və bu, doğru deyil".
Meri hesab edir ki, ATƏT-in Minsk Qrupu "dəyişdirilməlidir".
Corctaun Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Çarlz King qeyd edib ki, beynəlxalq ictimaiyyət hamının münaqişənin bərpasından heç kimi bir şey əldə etməyəcəyini anlaması üçün əlindən gələni etməlidir.
King həmçinin hesab edir ki, Minsk Qrupu problemi həll edə bilməz. Onun fikrincə, Qarabağ münaqişəsi ərazi problemi deyil, ermənilər və azərbaycanlılar arasında yadlaşma problemidir.
Açıqlamalardan da gördüyünüz kimi əsas məsələ olaraq atəşkəsin pozulması qorxusu və Türkiyə-Ermənistan sərhədlərinin açılması daha çox gündəmə gətirilir.
Bu səbəbdən artıq bunu da bildirirlər ki, ABŞ Dövlət Katibinin regiona səfərində əsas məqsədlərdən biri Türkiyə- Ermənistan sərhədlərinin açılmasına nail olmaqdır.
Qeyd olunur ki, danışıqlar prosesinin uzanacağını və bu səbəbdən yeni gərginliklərin yaranmaması üçün ABŞ hesab edir ki, regionda loyal mühit yaradacaq addım atılmalıdır. Bu addım isə Türkiyə-Ermənistan sərhədlərinin açılması ola bilər. Sərhədlər açılır və 2013-cü il seçkilərindən sonra öncə 5 rayon geri qaytarılır və bundan sonra Dağlıq Qarabağın müzakirəsi başlayır.
Bildirilir ki, hazırda sərhədlərin açılmasında ciddi təpki yenə Azərbaycandan gəlir. Hillari Klinton dünən İlham Əliyevlə görüşündə Azərbaycan tərəfini razı salmağa çalışıb.
Bununla yanaşı hər ehtimala qarşı ikinci variantın da aktivləşəcəyi bildirilir. Bu variant isə sərhədlərin açılması ərəfəsində 5 rayonun qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. İki ölkə xarici işlər nazirinin təcili görüşünün təşkili də bu məsələləri reallaşdırmaq üçündür.
Amma ABŞ-dan gələn başqa bir maraqlı xəbərdə isə bildirilir ki, Dövlət Departamentində Azərbyacanın ərazi bütövlüyünü tanımaqla bağlı qətnamə və Qarabağda izləmə aparmaq üçün yüksək texnologiyalar təklif edir.
Departament rəsmisi: "Konqresin və ABŞ hökümətinin mənəvi borcudur ki, bu qeyri-stabil rayonda özünün strateji müttəfiqinə dəstəyini nümayiş etdirsin"
ABŞ Dövlət Departamenti Azərbyacana kəşfiyyat -izləmə aparatlarını almaq üçün icazə verilməsi imkanlarına baxır. Dövlət Departamentində bu addımı Azərbyacanı İrandan müdafiə etmək məqsədi ilə vacib saydıqlarını bildiriblər.
Konkret olaraq hansı texnikanın alınmasına icazə verilməsi açıqlanmasa da, məlum olub ki, bu müşahidə və kəşfiyyat üçün nəzərdə tutulmuş aparatlardır. Bu avadanlıq Azərbaycanın Rusiyadan aldığı Mi-35M hərbi vertoloyotlarının üzərində quraşdırılacaq. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, avadanlıq Azərbaycanın sərhəd qoşunlarına veriləcək.
"Konqresin və ABŞ hökümətinin mənəvi borcudur ki, bu qeyri-stabil rayonda özünün strateji müttəfiqinə dəstəyini nümayiş etdirsin və Azərbaycanı qəti şəkildə dəstəkləsin. Belə dəstək müstəqil, möhkəm və suveren Azərbaycanın dəstəklənməsi haqqında Qətnamədən başlanır. Bura həmçinin Bakını ZRK "Patriot" (PAC3) kimi müdafiə sistemlərinin təchizi, o cümlədən, ölkənin enerji infrastrukturunun müdafiəsinə yönəlmiş digər hərbi texnika, proqram təminatı, sərhəd müdaifə vasitələri daxildir. Bütün bunlar Azərbyacanı möhkəmləndirəcək və İrana öz hədələrini dayandırması üçün bir siqnal olacaq. Biz müttəfiqlərimizə nümayiş etidrməliyik ki, onlarla dostluğu qiymətləndiririk və İranın törətdiyi təhlükələri görməməzliyə vurmuruq"-deyə Departamentin nümayəndəsi deyib.
Qeyd edək ki, "907 saylı düzəliş" adı ilə tanınan qanunvericilik bəndi Azərbaycana silah satmağı məhdudlaşdırır. Maraqlıdır ki, bu düzəliş özündə həmçinin bir təlimatı birləşdirir. Bu qaydaya görə, əgər hərbi avadanlıq Azərbaycanın sərhəd təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyırsa, o zaman dövlət katibi "907 saylı düzəliş"i dayandırmaq səlahiyyətinə malikdir.
"Görünür hazırkı situasiyada belə addım atılacaq" deyə Departament rəsmisi vurğulayıb.
Beləliklə gördüyümüz kimi ziddiyətli xəbərlər yayılmaqdadır. Amma ekspertlər hesab edir ki, məsələlər yəqin ki, səfərdən sonra məlum olacaq. Çünki Hillari Klinton istər Ermənistanda, istərsə də Gürcüstanda verdiyi açıqlamalarda konkret olaraq hansısa məsələyə münasibət bildirmədi. Bildirilir ki, Hillari klinton bütün tərəflərlə görüşləri sona çatdırmadığından açıqlamalarda ehtiyatlı hərəkətlər edir. Buna baxmayaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra baş verənlər tamlıqla aydın olacaq. Amma qəribə məqamlardan biri də budur ki, hadisələrin bu şəkildə inkişaf etdiyi periodda Rusiya rəsmiləri tam olaraq susqunluq nümayiş etdirirlər. Ekspertlər hesab edir ki, Rusiyanın susması da bir daha sübut edir ki, Hillari Klinton regiona konkret proqram və təkliflərlə gəlib. Rusiya isə hazırda bu təklifləri araşdırdığından gözləmə mövqeyi tutur.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06