Rusiya xarici işlər naziri Sergey Lavrovla Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında görüş keçirilir.
KİV-ləri xəbər verir ki, rusiyalı nazirin türkiyəli həmkarı ilə görüşünə 40 dəqiqə vaxt ayrılıb.
Görüş zamanı Rusiya və Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı Suriyadakı vəziyyətin nizamlanması məsələsinin müzakirə ediləcəyi gözlənilir.