Rusiya ihtehsalı olan Miq-23 hərbi təyyarəsi Suriyada qəzaya düşüb.

Unikal.org anspress-ə istinadən bildirir ki, bu barədə Suriya Silahlı Qüvvələrində olan mənbəyə istinadən Almaniyanın "Bild" qəzeti xəbər verib.

Suriya Hərbi Hava Qüvvələrlərinə məxsus qırıcı Dəməşq şəhərinin şərqində qəzaya uğrayıb. Hərbi təyyarənin pilotunun taleyi hələlik naməlumdur. Onun müxalif qüvvələrin əlinə düşdüyü ehtimal edirlir. İlkin məlumata görə, təyyarə qəzasına texniki nasazlıq səbəb olub. Qırıcının düşdüyü ehtimal edilən əraziyə axtarış qrupu yollanıb. Verilən bəzi məlumatlara görə, Miq-23 hərbi təyyarəsi İŞİD qruplaşması tərəfindən vurulub.

Sonuncu dəfə bu il aprel ayında Suriyada Rusiya ihtehsalı olan Miq-23 hərbi təyyarəsi qəza keçirmişdi. Hərbi təyyarə Dəməşq şəhəri ərazisində qəzaya uğramışdı. Qəzanın səbəbləri hələ təyin edilməyib. Təyyarənin qəzası İŞİD terror qruplaşması tərəfindən nəzarət edilən Dəməşqin cənub-qərb ərazinin üstündə uçuşundan sonra baş verib. İlkin ehtimala görə, təyyarə İŞİD terror qruplaşması tərəfindən vurulub. Ölən və yaralanan barədə məlumat verilməyib.

Daha əvvəl martın 13-də Suriya Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcısı Hama əyalətindəki hərbi aerodromun yaxınlığında vurulub. Hərbi təyyarə vurulduqdan sonra pilot özünü xilas etmək məqsədilə katapulta vasitəsilə təyyarəni tərk edə bilsə də, yerdən açılan atəşlə öldürülüb. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Suriya üzrə atəşkəs razılığı fevral ayının 22-də Rusiya və ABŞ arasında aparılan danışıqlardan sonra əldə olunub. Moskva və Vaşinqtonun birgə bəyanatda qeyd olunur ki, atəşkəs razılığı Rusiyada və dünyanın müxtəlif ölkələrində terrorçu qruplaşma kimi tanınan İŞİD və "Əl-Qaidə" terror təşkilatının bir qolu olan "Ən-Nusra Cəbhəsi"nə qarşı qüvvədə deyil.Suriyada atəşkəs fevralın 27-dən qüvvəyə minsə də bu günə kimi ölkədə aparılan hərbi əməliyyatlar zamanı terrorçularla yanaşı dinc sakinlər də həyatını itirir.