Hesablama Palatasından Hacıbala Abutalıbova şok ittihamlar
12:42 24-12-2015
İQTİSADİYYAT
Yoxlamalar zamanı Bakı şəhər İcra Hakimiyyətinin büdcədən ayrılan vəsaitləri təyinatından kənar xərcləmələri üzə çıxıb
Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə (Birlik) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.
İclasda qeyd edilib ki, 1 hektar yaşıllıq sahəsinə qulluq üzrə düşən faktiki xərclər qüvvədə olan normalarla müqayisədə yüksək olub, balansda olan faktiki yaşıllıq sahəsinin ərazisi dəqiqləşdirilməyib, fiziki və hüquqi şəxslərin istifadəsində qalan sahələr balansdan azaldılmayıb, habelə həmin sahədə çoxillik əkmələrin, ərazilərin inventarizasiyanın aparılmaması səbəbindən Birliyin balansında olan yaşıllıq sahələri ilə faktiki yaşıllıq sahələri arasında uyğunsuzluq mövcud olub. Birliyin işçilərinin əməkhaqlarının mövcud qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi, işçilərin ixtisas dərəcələrinin düzgün təyin edilməməsi hallarına yol verildiyi də bildirilib.
Auditor yaşıllıq xərclərinin maliyyələşdirilməsi zamanı smeta xərclərinin həddinə riayət olunmadığını, bəzi xərclər üzrə yaranmış qənaətin faktiki tələbat dəqiqləşdirilmədən təyinatının dəyişdirilərək digər xərclərə yönəldildiyini diqqətə çatdırıb.
Eyni zamanda bildirilib ki, nəqliyyat xərclərinin tərkibində yanacaqla bağlı xərclərin hesablanılması zamanı yanacağın pərakəndə satış qiyməti ilə (ƏDV ilə) nəzərdə tutulmasına baxmayaraq, müvafiq xərclərin cəmi məbləğində yenidən ƏDV hesablanması, həmçinin maliyyələşmənin smeta və kalkulyasiya üzrə plan xərci əsasında aparılması səbəbindən artıq büdcə vəsaiti ödənilib. Auditor "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" paraqrafı üzrə ayrılmış vəsaitin xərclənməsi zamanı bəzi hallarda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməyərək satınalma metodu tətbiq edilmədən vəsait xərc edildiyini, əkin materiallarının və mineral gübrələrin müqavilə və tender təklifi qiymətlərindən baha qiymətə alınması nəticəsində icraçıya artıq büdcə vəsaitinin ödənildiyini qeyd edib. Məruzədə icarəyə götürülmüş bəzi nəqliyyat vasitələrinə balans dəyərindən artıq icarə haqqının köçürülməsinin yaşıllıqlara qulluq xərclərinin artımı ilə nəticələndiyi, ümumiyyətlə nəqliyyat xərclərinin tərkibində icarə haqqının xüsusi çəkisinin yüksək olduğu bildirilib, qüvvədə olan normalara əməl edilməməsinin aparat işçilərinin orta sayının normadan, saxlanma xərclərinin isə istehsalat sahəsi işçilərinin saxlanma xərclərindən çox olmasına səbəb olduğu, qeyd olunan bu amillərin isə son nəticədə idarəetmə xərclərini yüksəltməklə xərclərin səmərəliliyinə mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05