Məmurlara ciddi təhlükə
07:57 25-12-2015
İQTİSADİYYAT
Oliqarxlara bağlı olan banklar ləğv edilə bilər
Azərbaycanda bəzi məmurların himayə etdikləri bankları çətin günlər gözləyir. Onların ləğv edilə biləcəyi ehtimalı belə gündəmə gəlib.
Məsələ burasındadır ki, Mərkəzi Bank "üzən məzənnə" rejiminə keçdikdən sonra bir sıra banklar kredit ödənişlərini dolların köhnə məzənəsi ilə qəbul edəcəyini açıqlayıb. Bununla da müştərilərin məzənnə itkilərini bank öz üzərinə götürüb.
Əslində bu bankların müştərilərini itirməmək üçün atdığı addımlardan biridir. Çünki bəzi müştərilər dollar məzənnəsini dəyişdiyi üçün ödənişləri etməkdən imtina edə bilər. Bu isə problemli kreditlərin məbləğini daha da artıra bilər. Bəzi banklar isə ümumiyyətlə kredit verilişini dayandırıb. Bütün bu itkilər bəzi bankların bağlanma ehtimalını artırır. Çünki Mərkəzi Bank bir müddət əvvəl bankların məcburi kapital məbləğini 10 milyon manatdan 50 milyon manata qədər artırmışdı.
Bank sahəsi üzrə mütəxəssis Cavid Kərimov deyib ki, son devalivasiya bankların fəaliyyətinə də mənfi təsir göstərəcək: "Banklar kapitalı çox olan tərəfdən az olan tərəfə ötürülməsində bir vasitəçidir. Əgər birdən - birə kəskin məzənnə dəyişikliyi baş verərsə, bu zaman maliyyə axınları da azalır. Ötürülən pul banka vaxtında çatdırılmayanda onların da işlərində problem yaranır. Amma bankların lisenziyalarının ləğv edilməsi dövlət səviyyəsində həll edilir".
Mütəxəssis bildirib ki, dövlət öz tərəfindən maliyyə resurslarından istifadə etməklə banklara dəstək ola bilər.
Fevralın 21 -də baş verən devalivasiyadan sonra bank sistemində böyük itkilər baş vermişdi. Əhalinin problemli kreditlərinin sayı sürətlə artmağa başladı. 2015-ci ilin noyabr ayına olan məlumata görə, problemli kreditlərin məbləği 898,7 milyon manat göstərilir. 403,1 milyon manat isə ABŞ dolları ilə hesablanıb. Son üç ayın problemli kreditlərin rəqəmlərinə nəzər saldıqda isə son ayı çıxmaq şərti ilə artan xətt üzə getdiyini deyə bilərik.
Cavid Kərimovun sözlərinə görə, banklara ödənişlərin vaxtı - vaxtında edilməməsi problemli kreditlərin faizini artıracaq: "Hər hansı bir şəxs 1 milyon dollar kredit götürübsə, xarici valyutanın dəyərinin artması bu məbləği təxminən 1 milyon 500 min manata kimi artırır. Məzənnənin birdən - birə kəskin dəyişməsi istər - istəməz bank müştərilərinin ödənişlərində problemlər yaradır".
Xarici dövlət banklar üçün uzun müddətli maliyyə vəsaitləri ayırır. Banklar bu pullarla düşdükləri çətin iqtisadi vəziyyətdən çıxa bilirlər. Bu təcrübə ötən illərdə Rusiyada tətbiq edilib. Bu planın həyata keçirilməsi iqtisadiyyatın yenidən dirçəlməsinə təsir göstərə bilər.
Ötən devalivasiyadan sonra Azərbaycanda ləğvetmə prosesində olan bankların sayı artmışdı. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatda həmin bankların sayının 5-dən 7-yə yüksəldiyi qeyd edilib. Halbuki, 2015-ci il ikinci rübün yekununa əsasən, ləğv edilmə prosesində olan bankların sayı 5 olub.
Azərbaycanda Mərkəzi Bank məcburi kapital məbləğini 10 milyon manatdan 50 milyon manata qədər artırmışdı. 2015-ci ilin yanvar ayında isə həmin tələbi ödəyə bilməyən bankların liseynziyalarının ləğv edilməsi haqqında qərar qəbul edilmişdi.
Yəqin ki, müvafiq qurumlar xarici təcrübədən istifadə etməklə banklar ətrafında yaranan problemi həll edəcək. Çünki maliyyə qurumlarının vəziyyətinin yaxşılaşması kredit ödəyicilərinin də vəziyyətini normallaşdırar. Dövlətin banklara güzəşt etməsi birbaşa əhaliyə güzəşti olardı. Bu zaman banklar rahatlıqla müştərilərinin heç olmasa kreditlərinin vaxtını uzatmaq imkanı əldə edə bilər.
Ümumilikdə isə prosesin bəzi bankların ləğv edilməsi ilə davam edəcəyi daha yüksək ehtimal olaraq dəyərləndirilir. Bu xüsusilə nisbətən kiçik banklara aiddir. Hansı ki, onların arasında müəyyən məmurların himayə etdikləri bankların olması da sirr deyil. Hər biznes sahəsində olduğu kimi bank biznesində də bankların gücü onların himayədarlarının hökumət daxilindəki nüfuzuna adekvatdır.
Yəni səlahiyyət və nüfuz etibarı ilə ikinci dərəcəli sayılan məmurların banklarının bağlanmaq ehtimalı daha yüksək qiymətləndirilməlidir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53