Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Suriya hökumətinin elan etdiyi "sakitlik rejimini müzakirə ediblər. "Report "RİA Novostiyə istinadən xəbər verir ki, bunu dovlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi bəyan edib.
Kirbi qeyd edib ki, iki ölkə diplomatik qurum rəhbərləri iyulun 5-də danışıblar.
Qeyd edək ki, Suriya ordu komandanlığı bütün ölkə ərazisində 72 saatlıq "sakitlik rejimi elan edib.
Suriyada atəşkəs ümumilikdə fevralın 27-də qüvvəyə minib.