
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri 6 711 564,1 min manat, xərcləri isə 8 181 399,7 min manat məbləğində təsdiq edilir.
Fərmanla "Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2016-cı ildə istifadəsinin əsas istiqamətləri (proqramı)" təsdiq edilir, "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası" təsdiq edilir.
Müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır.
Məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
http://president.az/articles/17386