Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə şəhər sakini 69 yaşlı Gülnaz Məmmədova döyülmə diaqnozu ilə gətirilib.
Unikal.org-un Kəpəz TV-yə istinadən məlumatına görə, dərhal yaralıya tibbi yardım göstərilib və palataya yerləşdirilib.
Həkim Mehman Hüseynovun sözlərinə görə, xəstənin üzərində sol gicgah nahiyyəsində sifətin sol yarısında şişkinlik, dərin gematomalar aşkar olunub: "Xəstə hazırda şöbəmizdədir, kəllə beyni travması əlamətləri müşahidə olunur. Müayinə dövründədir, ümumi vəziyyəti stabildi, müalicələr aparılır.