Müğənni Elnarə Xəlilova dördüncü dəfə ana olub. Bu gecə onun üçüncü oğlan övladı dünyaya gəlib.
Unikal.org Aile.lent.az-a istinadən xəbər verir ki, dünən Elnarə xalq artisti Faiq Ağayevlə səsyazma studiyasında mahnı yazdırıb. Studiyadan çıxan zaman yıxılıb. Ciddi zədə almayan müğənnini evə gətiriblər. Gecə saat 03:33-də isə uşaq dünyaya gəlib. Qeysəriyyə yolu ilə doğulan körpənin boyu 52 sm, çəkisi 3.600 kq-dır. Elnarə üçüncü oğluna Ərtoğrul adını qoyacağını açıqlayıb.
Xatırladaq ki, Elnarə Xəlilova tele-jurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı 1 qızı, Tuğər və Öndər adlı 2 oğlu var.