Daşkəsən rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Dünən Bayan kəndində yaşadığı mənzildə özünü asaraq intihar edən 15 yaşlı Lalə Bağırova bu il 9-cu sinfi bitiribmiş. Hadisə vaxtı L.Bağırovanın asılı vəziyyətdə qalmış meyitini anası aşkarlayıb və qızına kömək etməyə çalışsa da, artıq gec olub.
Yeniyetmə qızın hansı səbəbdən həyatına qəsd etməsi hələlik dəqiq bilinmir. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
*****
10:17
Daşkəsən rayonunda intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayan kənd sakini 2001-ci il təvəllüdlü Lalə Bağırova yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.