Məcburi köçkünlərin yaşayış şəraiti günü-gündən yaxşılaşdırılır
12:06 06-01-2016
KRİMİNAL
Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğala məruz qalması 1 milyondan çox soydaşımızın ata-baba evlərindən, isti ocaqlarından, doğma yurd-yuvalarından didərgin saldı. Taleyinə köçkünlük yazılan bu insanlar 25 ildir ki, öz isti ocaqlarına həsrətdirlər. Onların arasında havasını udduğu, doğulub boya-başa çatdığı torpağına qovuşmaq arzusu ilə yaşayanlar da var, uzaqda olmayan o günü görmək arzusu nakam qalanlar da...
Öz doğma torpaqlarından məcburi köçkün düşən andan çadırlarda, yeraltı qazmalarda, vaqonlarda, fin evlərdə məskunlaşan köçkünlər dövlətin qayğısı və dəstəyi ilə artıq on ildən çoxdur ki, yeni tikililərə köçürülürlər. Hazırda da bu proses davam etdirilir. Doğulub boya-başa çatdığı evin, obanın əvəzini verməsə də, məcburi-köçkünlər dövlətin qayğısı nəticəsində ağır-dözülməz şəraitdə yaşamaqdan xilas olublar. Bununla belə, erməni qəsibkarlarının zərbaycana elan olunmamamış müharibəsi nəticəsində öz yurdlarından didərgin düşən soydaşlarımızın problemləri daim aktual olaraq qalır. Həmin problemlərin həlli istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi geniş miqyaslı tədbirlər böyük önəm daşıyır. H.Əliyevin 1993-2003-cü illərdə problemlərin siyasi yolla həlli istiqamətindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqmətində atılan ilk addımlar sonrakı işlər üçün də bünövrə rolunu oynadı. Ulu öndərin 1998-ci ildə qəbul etdiyi "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başladı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" bu baxımdan böyük önəm daşıdı. 2007-ci ildə Sərəncama əlavələr edilərək qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə bir çox tədbirlər həyata keçirildi. Ötən illərdə isə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün də böyük imkanlar yaradıldı, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Bunu təsdiqləmək üçün yola saldığımız ilə kişik ekskursiya etmək kifayətdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, ötən il Mingəçevir şəhəri ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksində işlər tam başa çatdırıldı. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş "Əlavələr"in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Mingəçevir şəhərinin ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri tam başa çatdırılıb. Layihəyə uyğun olaraq ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli binalar tikilib. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə, 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binalar tikilib.
Beləcə ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilib. Ölkə başçısı da, ötən ilin fevral ayının 24-də Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Həmin yaşayış kompleksinə Mingəçevir şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülüb.
Ötən il Xırdalan şəhərində məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışı olub. Ötən ilin may ayının 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva binanın açılışında iştirak ediblər. Bu binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib. "Kristal Abşeron" MMC tərəfindən inşa olunan bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın inşasına 2014-cü ilin iyununda başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə, zəruri tələblər nəzərə alınmaqla aparılıb.
Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə yüksək diqqətlə yanaşır. Fondun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə indiyədək bu istiqamətdə çoxlu sayda mühüm layihələr həyata keçirilib. Binada ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.
Ötən il qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər bununla da yekunlaşmayıb. Qazax və Sabirabad rayonları ərazisində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin tikintisi sürətlə davam etdirilib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş "Əlavələr" in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə şəhərciyin salınması işləri uğurla öz məcrasında davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 10 ədəd 4 mərtəbəli , 300 mənzilli binalar tikilir. Binalarda 52 ədəd 1 otaqlı, 156 ədəd 2 otaqlı, 88 ədəd 3 otaqlı, 8 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaqdır.
Ölkə başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş "Əlavələr"in 1.2-ci bəndinin icrası ilə əlaqədar olaraq Sabirabad rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə qəsəbənin salınması işləri davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 44 ədəd 1 otaqlı, 198 ədəd 2 otaqlı, 176 ədəd 3 otaqlı, 22 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə 370 şagird yerlik məktəb binası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina tikilir. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz olunacaq.
Yola saldığımız ildə valideynsiz böyümüş xocalılı məcburi köçkünlərə mənzillər verildi. Ötən ilin oktyabr ayının 22-də Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqrımı zamanı hər iki valdeyinini itirmiş 25 məcburi köçkün ailəsindən qalan 16 ailə yeni mənzillə təmin olundu. Ermənilərin törətdikləri Xocalı soyqırımı nəticəsində hər iki valideyinini itirdikdən sonra Sabunçu rayonu ərazisindəki Qızılqum sanatoriyasında və başqa yerlərdə qohumlarının himayəsi altında böyüyən məcburi köçkün gənclərə Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş yaşayış binasından onlara ailə tərkibinə uyğun, hər cür şəraiti olan mənzillər ayrılıb.
Ötən il Zaqatala rayonunda da müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 135 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşası aparılan 3 ədəd 5 mərtəbəli binalardan ibarət yeni yaşayış kompleksində aparılan tikinti işləri davam etdirilib. Ölkə başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş "Əlavələr"in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Zaqatala rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir. Layihəyə uyğun olaraq ərazidə 10 ədəd 1 otaqlı, 65 ədəd 2 otaqlı, 50 ədəd 3 otaqlı, 10 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina tikilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaq.
Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə ümumilikdə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2,1 milyard manatı bu kateqoriyadan insanların mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Həmin vəsaitin 1,8 milyard manatı Dövlət Neft Fondunun xətti ilə ayrılıb. Son illərdə məcburi köçkün sahibkarlar da dövlətin güzəştli kreditlərindən səmərəli istifadə edirlər. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2 min məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit ayrılıb.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16