Meyxanaçı - müğənni Namiq Qaraçuxurlu ata olub.

Unikal.org xəbər verir ki, bu haqda ifaçı musavat.com saytının müxbiri ilə söhbəti zamanı deyib:

"Şəxsi məsələləri danışmağı sevmirəm. Bu dəfə düşündüm ki, həyatımda baş verən sevindirici hadisədən xəbərdar olmaq sevənlərimin də haqqıdır. Artıq qız atası olmuşam, övladıma Sara adını qoymuşuq. Qızıma kimin adını verdiyimizi isə açıqlamaq istəmirəm".

Qeyd edək ki, Namiq Qaraçuxurlu ötən il oktyabrın 12-si ailə həyatı qurub. Kişi toyu edən sənətçi hələ də, xanımını mətbuat qarşısına çıxarmayıb.