Dünən Fransanın Nitsa şəhərində törədilmiş qanlı terror aktında 84 nəfər həlak olub, 120 nəfər yaralanıb.
Fransanın milli bayramı olan Bastiliyanın Alınma Günündəki məşum terakt ölkədə şok effekti yaradıb.
Le Monde bildirir ki, dünən gecə ölkənin bütün şəhərlərində bayram atəşfəşanlıqları vardı. Ən böyük bayram tədbirləri, təbii ki, Parisdə idi.
Gecə saatlarında Fransanın simvolu sayılan Eyfel qülləsinin yaxınlığında tüstülənmə başlanıb.
Nitsada terakt xəbərləri yayılandan sonra bu tüstülənmə parisliləri bərk qorxudub.
Panika başlanıb, sosial şəbəkələrdə "Parisdə də terror aktı! Tüstü ətrafı götürüb!" tipli xoflu statuslar və tvitlər yayılıb.
Parisin Polis Departamenti məcbur qalaraq Twitter-dəki profilində belə açıqlama yayıb: "Yalan məlumatlar, şayiələr yaymayın! #TourEiffel yanmır, terakt yoxdur. Yen körpüsündə yuk maşını alışıb, yanır".