Daxili İşlər Nazirliyi Tərtərdə törədilmiş qanlı cinayətlə bağlı məlumat yayıb.
Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 14-də Tərtər rayonunun İsmayılbəyli kənd sakini Taleh Alıyev Evoğlu kəndində yaşayan bacısı Cəmilənin evində olarkən münaqişə zəminində ona boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib. C.Alızadə xəstəxanaya yerləşdirilib.
Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Alıyev tutulub.