Cahangir Hacıyevin planı iflasa uğradı
10:05 08-01-2016
İQTİSADİYYAT
Beynəlxalq Bankın sabiq rəhbərinin durumu getdikcə çətinləşir
Dünən məlumat yayıldı ki, Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasından köçürülüb. Məlumatı Cahangir Hacıyevin vəkili Aqil Layicov da təsdiqləyib.
Vəkil bildirib ki, C.Hacıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb: "Cahangir Hacıyev ötən il dekabrın 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib və hələ də orada saxlanılır. Məlumata görə, Cahangir Hacıyevi istintaq hərəkətləri ilə əlaqədar ora aparıblar və 10 gün orada saxlanılacaq".
Sonuncu dəfə yanvarın 5-də C.Hacıyevlə görüşdüyünü deyən vəkil bildirib ki, müvəkkilinin saxlanma şəraitindən və səhhətindən narazılığı yoxdur: " Dərmanları vaxtında alır. Lakin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülən gündən onun telefonla danışığına və azuqə qəbuluna qadağa qoyulub".
İlk baxışda Hacıyevin yenidən adıçəkilən idarəyə köçürülməsində qeyri-adi heç nə yoxdur. Onunla bağlı istintaq hərəkətlərinin davam etdirilməsi belə bir addıma təbii yanaşılmasını tələb edir.
Ancaq o da istisna deyil ki, Beynəlxlaq Bankın sabiq rəhbərinin əməlləri ilə bağlı yeni və kifayət qədər ciddi ittihamlar üçün əsas yaranıb. Elə onun yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülməsi ehtiyacı da bu ittihamlarla bağlı davamlı şəkildə dindirilməsi ilə bağlı ola bilər.
Bu isə Cahangir Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı arzusunun reallaşmasını şübhə altında qoyur. Bilindiyi kimi, hələ ötən il dekabrın 12-də Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində sabiq bankirin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətinə baxılıb. Amma məhkəmədə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.
Bundan sonra Cahangir Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti üzrə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verilib. Amma həmin şikayət də təmin olunmayıb.
Son vaxtlar Cahangir Hacıyevin yol verdiyi qanunsuzluqlarla bağlı KİV-də yeni iddiaların yer almağa başlaması, həmçinin onun on gün ərzində yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması qərarı keçmiş bankir üçün optimist düşünmək üçün heç bir əl yeri qoymur və onun durumunun getdikcə çətinləşdiyini göstərir.
Xatırladaq ki, ötən ilin dekabrın əvvvəllərində saxlanılan C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53