Yaşar Həsənovun qurumu yenidən tənqid hədəfində
10:06 08-01-2016
İQTİSADİYYAT
"Azəristiliktəchizat" 15 gün gecikdirilən istiliyin də haqqını tələb edir?
Hansı yaşayış binasına istilik nə vaxt verilibsə, oradakı mənzillərdə yaşayan abonentlərin də istilik haqqı həmin tarixdən, həmin gündən hesablanır. Bu barədə "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Xidmət rəisinin sözlərinə görə, istilik pulu istilik alınan günlərin sayına uyğun hesablanacaq: "Bu il qazanxanalar, əsasən, noyabrın 27-də, bəzi qazanxanalar isə fərqli vaxtlarda işə düşüb. Bizdə hansı bina neçə gün istilik alıbsa, onların uçotu aparılıb. Abonentlər üçün istilik haqqı istilik alınan günlərin sayına uyğun hesablanacaq. Ona görə də istilik haqları avtomatik olaraq hamıya eyni qaydada noyabrın 15-dən hesablana bilməz. Bizə gündəlik məlumatlar daxil olur ki, hansı bina hansı gündən istilik şəbəkəsinə qoşulub. Hətta hesabatda qazanxananın işə salındığı və rejimə nə vaxt çıxıldığı saat da dəqiq göstərilir".
Xatırtladaq ki, "Azəristiliktəchizat" ASC ilə "Azəriqaz" İB arasında borc problemi olduğundan payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə noyabrın 15-dən etibarən deyil, bir neçə gün, daha dəqiq desək, 15 gün sonra başlanıb. Amma artıq sosial şəbəkələrdə bəzi abonentlər Yaşar Həsənovun rəhbərlik etdiyi qurumun istiliyin verilmədiyi həmin 15 gün üçün də ödəniş tələb etdiyinə dair şikayətlərini dilə gətirirlər. Bu isə həm absurddur, həm də yolverilməz.
Göründüyü kimi, "Azəristiliktəchizat"ın bu məsələ ilə bağlı rəsmi mövqeyi ilə abonentlərin dedikləri arasında kəskin ziddiyyət var. Hər halda adıçəkilən quruma qarşı cəmiyyətdə dərin etimadsızlığın hökm sürməsi yaranmış situasiyada məhz vətəndaşların həqiqəti söylədiyinə inanmaq üçün əsas verir.
Qeyd edək ki, mövcud tariflərə görə, istilik haqqı mənzilin hər 1 kv.m-i üçün 15 qəpik təşkil edir. Əgər deyilənlər doğrudursa, yəni istiliyin verilmədiyi 15 gün üçün də sakinlərdən ödəniş tələb olunursa, bu kifayət qədər iri məbləğdə qanunsuz vəsait əldə etməyə çalışmaq deməkdir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17