Türkiyənin baş naziri Binəli Yıldırım Tvitter-də açıqlama verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir açıqlamasında deyib:
"Vətəndaşlarımızdan hadisə tamamilə sona çatana qədər meydanları tərk etməmələrini, hətta evində olanların da meydanlara çıxmasını xahiş edirəm. Əməliyyatlar planlı şəkildə aparılır. İnşallah, bu caniləri, terror təşkilatı mənsublarını təsirsiz hala gətirəcəyik".