Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı evinin qarşısında toplaşan tərəfdarlarına müraciət edib.
Unikal.org-un xəbərinə görə, Ərdoğan ABŞ prezidenti Barak Obamaya çağırış edərək, Fətullah Gülənin deportasiya edilməsi və ya Türkiyəyə təhvil verilməsini tələb edib.
" Onun xəyanət etdiyini şəxsən Sizə demişdim, amma dinləmədiniz. İndi bir daha çağırış edirəm. Pensilvaniyadakı o şəxsi bizə təslim edin. Əgər biz strateji tərəfdaşıqsa, o zaman tərəfdaşınızın bu çağırışını yerinə yetirin deyə, Ərdoğan ABŞ prezidentinə səslənib.
Ərdoğan hazırda vəziyyətin nəzarətdə olduğunu da qeyd edib.
O, Türkiyə Silahlı Qüvvələri ilə xalqı üzə-üzə gətirmək istəyənlərin olduğunu vurğulayıb və hərbi çevirilişə cəhd edənlərin Türkiyə Silahlı Qüvvələri içərisində azlıqda qalan qrup olduğunu təkrarlayıb.