"Vurulan" gömrük generalı Əli Kərimlinin tələbə yoldaşı imiş
12:11 12-01-2016
İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib. Məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general –mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. O, rəhbəri olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.
G. Muradlınının yerinə Balakən Gömrük İdarəsinə ötən ilin oktyabırında rəis təyin olunan polkovnik Baba Salayev təyin edilib. B. Salayevin yaxın müddətdə general-mayor rütbəsi alacağı gözlənilir. B.Salayev əvvəl Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini işləmişdi.
"Unikal"ı məlumatlandıran şəxsin sözlərinə görə, Güloğlan Muradlı AXCP sədri Əli Kərimli ilə tələbə yoldaşı olub. Belə ki, G.Muradlı 1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinin hüquqşünaslıq ixtisasını bitirib. Görünən odur ki, generalın "vurulmasında" Əli Kərimli faktorunun da payı az deyil.
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00