Kürdəmir icra başçısının puç olan "Yasamal arzusu"
12:14 12-01-2016
İQTİSADİYYAT
Ceyhun Cəfərov haqda şok ittihamlar: İdarə müdirlərini gizli şəkildə dinlətdirirmiş, onları bankdan pul götürməyə məcbur edib və...
Rayonların idarəçiliyində problemlərin olması haqda çox yazılıb. Prezident İlham Əliyevin yüksək etimad göstərərk görəv verdiyi elə vəzifə sahibləri var ki, onların fəaliyyəti ümumi siyasətə dəstək vermək əvəzinə, yerlərdə sosial narazılıq yaradır. Belə məmurlardan biri isə Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovdur.
Ceyhun Cəfərovun yarıtmaz idarəçiliyi, rayonda narazılıqla qarşılanan davranışları ilə bağlı "Unikal" qəzetinə ilginc məlumatlar daxil olub. Daxil olan məlumatda vurğulanır ki, Ceyhun Cəfərov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın həbs olunmuş sabiq Aparat rəhbəri Vidadi Zeynalovla yaxın qohumluğu, sabiq rabitə naziri Əli Abbasovun isə himayəsinə sığınması onda belə bir təəssürat yaradıbmış ki, o toxunulmazdır. Görünür, elə buna görə də Ceyhun Cəfərov rayonda şikayətləri qulaqardına vurur, çox vaxt insanları qəbul etməkdən belə imtina edirmiş.
Məlumatda həmçinin qeyd olunur ki, Əli Abbasovun işdən çıxarılması, qohumu Vidadi zeynalovun isə həbsə atılması Kürdəmir RİH başçısının gələcəklə bağlı planlarını əməlli-başlı pozub. Belə ki, son hadisələrə qədər Ceyhun Cəfərov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun köməkliyi ilə Bakının Yasamal rayonuna təyinat almaq istəyirmiş. Məlumat üçün bildirək ki, Ceyhun Cəfərov 2011-ci ilə qədər Yasamal rayon icra başçısının müavini vəzifəsində çalışıb. Bundan sonra o postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilib, 2014-ci ildə isə Kürdəmirə icra başçısı təyin olunub. Görünür, Yasamal rayonunda işlədiyindən burada daha çox qazanmaq imkanını bilən Ceyhun Cəfərov yenidən adıçəkilən rayona, amma bu dəfə rəhbər sifətilə qayıtmaq sevdasına düşüb. Amma bəlli olduğu kimi himayədarlarının "vurulması" onun bu arzusunu ürəyində qoyub.
Ceyhun Cəfərovla bağlı redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, hazırda Kürdəmir rayonundakı bütün idarə-müəssisə rəhbərlərinin banklara küllü miqdarda borcu var və onları bu borca məhz icra başçısı salıb. Belə ki, rayonda dövlət vəsaiti hesabına görülməli olan tikinti-abadlıq işlərini yerli məmurlara "yükləyən" icra başçısı onların banklardan küllü miqdarda kredit götürməsinə səbəb olub.
Kürdəmir RİH başçısıyla bağlı əldə etdiyimiz ən şok məlumat isə onun tabeçiliyindəki məmurları Milli Təhlükəsizlik Nazirliyinin adıyla şantaj etməsiylə bağlıdır. "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, Ceyhun Cəfərovun yaxın qohumlarından biri MTN-də mühüm post tutrmuş. İcra başçısı həmin MTN-çi qohumu vasitəsilə idarə-müəssisə rəhbərlərinin gizli səsyazmasını təşkil edərək, sonradan bundan şantaj vasitəsi kimi yararlanırmı. İcra başçısının bu minvalla bir neçə məmurdan küllü miqdarda pul alması haqda məlumatlar dolaşır.
Ümumiyyətlə isə Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov ölkə rəhbərliyinin daxili siyasətinə zidd fəaliyyət göstərib. Onun prezidentin tapşırıqlarına qarşı olan və öz maraqlarını təmin edən addımları bu gün rayonda gərginlik yaradıb. Rayonda əhalinin sosial tələblərinə laqeyd yanaşan icra başçısı bununla da narazılığın daha da artmasına rəvac verir. O, rayonu xəracyığma sistemilə idarə edir. Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun eynilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb.
Yeni başçı bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. Ceyhun Cəfərov gənc olmasına baxmayaraq, özünün qocaman xəracyığma sistemləri ilə rayonu idarə etməyə üstünlük verir. Elə bunun nəticəsidir ki, Ceyhun Cəfərovun fəaliyyəti barəsində "yuxarılarda" mənfi rəy yaranıb.
Bütün bunlar isə Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun fəaliyyətinin ciddi şəkildə araşdırılmasını tələb edir. Unutmayaq ki, yuxarıda səsləndirilən ittihamlar olduqca ciddidir və həmin ittihamlar öz təsdiqini taparsa ceyhun Cəfərov canını təkcə tutduğu vəzifəni itirməklə qurtarmayacaq. Belə olan halda onun üçün yalnız bir yol görünür: Yaxın qohumu və himayədarı olmuş Vidadi Zeynalovla eyni taleni yaşamaq və həbs olunmaq.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00