Sumqayıt-Səngəçal yolunda baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan Nazim Dadaşov bu gün dünyasını dəyişib.

Unikal.org axar.az-a istinadən məlumat verir ki, həkimlərin cəhdinə baxmayaraq, iki gün koma vəziyyətində olan yaralını xilas etmək mümkün olmayıb.

Sayt xatırladır ki, 1973-cü il təvəllüdlü Nazim Camal oğlu Dadaşov tanınmış qarmon ifaçısı olub. O, həm də xanəndə Camal Dadaşovun oğlu idi.