Unikal.org bildirir ki, Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Rüstəm Rüstəmov küçəsi 8 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən əvvəllər uşaq bağçası kimi fəaliyyət göstərmiş tikilinin 2-ci mərtəbəsində asılmış kişi meyiti aşkarlanıb.
Araşdırmalar zamanı intihar edən şəxsin rayon sakini, 1960-cı il təvəllüdlü Faiq Həqiqət oğlu Zeynalov olması müəyyən edilib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.