Şəkidə 56 yaşlı kişi intihar edib.

Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından apa-nın Şəki-Zaqatala bürosunun verilən məlumata görə, iyulun 22-də saat 20:30 radələrində rayonun Aşağı Küngüt kəndində kənd sakini, 1960-cı il təvəllüdlü Ağasər Şəfaqət oğlu Mustafayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə tapılıb.

Onun intiharının səbəbi hələlik məlium deyil. Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.