“TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə Səfayıl Əliyev Ağdam rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib. Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib.

Orxan Rasifoğlu