Bakı Beynəlxalq Avtovağzalı ərazisində yerləşən ticarət obyektlərində insan həyatı üçün təhlükəli vəziyyət yaranıb.
Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, obyektlərin böyük lay şüşələri insan həyatı üçün böyük təhlükə törədir.
Belə ki, böyük lay şüşələr dəfələrlə qırılsada Avtovağzal rəhbərliyi tərəfindən bunların yenidən bərpası üçün heç bir təhlükəsiz tədbirlər görülmür. Keyfiyyətsiz təmir olunan obyekt şüşələri vağzala daxil olan insanların üzərinə hər an düşmə təhlükəsi var. Bu da böyük insan faciəsinə səbəb ola bilər.
Artıq bu gündə vağzalda 15:25 nömrəli ticarət obyektinin şüşəsi qırılaraq yerə tökülüb. Xoşbəxtçilikdən insan təlafatı olmayıb.