Hava şəraitinin isti keçməsi ilə əlaqədar günvurma ilə bağlı xəstəxanalara müraciət edənlərin sayı artıb.
Unikal.org EL TV (Region TV)-yə istinadən xəbər verir ki, bu barədə Saatlı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Xəstəxanadan, həmçinin bildirilib ki, qarpız, qovun, pomidor kimitərəvəzlərdən zəhərlənmə halları da çoxalıb. Mövsüm ərzində bu tərəvzələrdən istifadə etdikdən sonra narahatlıq hiss edən 21 nəfər xəstəxanaya müraciət edib.
Onlara lazımi yardım göstərilib. "Pomidorun, qovun və qarpızın çıxmasıyla əlaqədar olaraq xəstələr bizə müraciət eləyirlər. Biz onlara mədəsini yumaqlavə fiziloji məhlullar köçürməklə yardım göstəririk", - deyə Saatlı Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Etibar İbişov bildirib.