Sumqayıtda əsgərliyə getməyə hazırlaşan Kənanla sevgilisi Sevinc Mütəllimovanın qarajlarından meyitlərinin tapılması barədə xəbər vermişdik.
Hadisənin iyulun 22-dən 23-nə keçən gecə, şəhərin "3-cü kvartal ərazisinin həyətindəki qarajda qeydə alındığı bildirilirdi. Sevinc Mütəllimova "facebook"da yazdığı son statusunda bütün dostları ilə vidalaşıb. Sanki, ölümünü hiss edirmiş.
Unikal.org Sevinc Mütəllimovanın "Facebook"da yazdığı son statusunu oxuculara təqdim edir:
"Bu profildə yaxxşı, pis xatirələrim oldu. Küsüb, barışdığım insanlar oldu. Bəziləri elə bilir ki, vəfasızam. Amma vəfasız deyiləm. Dost dediz, dost oldum, deyer dediz artıqlamasıynan dəyər verdim. Özüm kimi çox istədiyim insanlar oldu. Son bu 1ilde tanıdığım dostlar oldu. Bəzilərini gözümü yumub çox istədim. İndi də onlarn yarısı mənim yanımdadı. -ª#-ŽSİZLƏR-¬ yaxşı ki, varsız. Varlığımız belə mənə bəsdir. Amma bunu unutmayun mən vəsasız qı1z deyiləm..♢Nəsə, profili bağlayıram. Ama bu o demək deyil ki, sizləri unuduram. Yox. Hər zaman ağlımda qalacaqsınız. Çünki burada güldüm, ağladığım günlər çox olub._______ELVIDA!!!!!!!!.