Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay rayonunun Ləkçiplaq kəndi ərazisində qeydə alınıb.
![](http://ads2.newmedia.az/www/delivery/lg.php?bannerid=0&campaignid=0&zoneid=446&loc=http%3A%2F%2Fnews.lent.az%2Fnews%2F249133&referer=http%3A%2F%2Fnews.lent.az%2Fnews%2F249133&cb=30d052f617)
Rayonun Ləkçiplaq kənd sakini 1959-cu il təvəllüdlü Hümbət Qədirov 10-FS 469 dövlət nömrə nişanlı "VAZ 2107 markalı minik avtomobili ilə hərəkətdə olarkən havanın qaranlıq vaxtı yolun kənarı ilə velosipedlə hərəkət edən həmkəndlisi, 1989-cu il təvəllüdlü İbrahimov Qurban Telman oğlunu vurub. Qurban İbrahimov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.