Gəncədə zəncirvarı yol qəzası baş verib.
Unikal.org-un məlumata görə, hadisə iyulun 24-də şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.
"VAZ 2107, "Mercedes markal minik avtomobilivə "Mercedes markal mikroavtobusun toqquşması nəticəsində "VAZ-da olan 2qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 1989-cu il təvəllüdlü Şəhla Məmmədovanın vəziyyətinin orta ağır olduğu bildirilir. Digər qadına ilkin tibbi yardım göstərilib, o,ambulator müalicə almaq üçün evə buraxılıb
Faktla bağlı hüquq mühafizə orqanlarıtərəfindən araşdırma aparılır.