Mingəçevir şəhərində ağır qəza baş verib.
Unikal.org ölkə.az-a istinadən bildirir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Mingəçevir şəhəri, Heydər Əliyev prospektində ağır yol qəza hadisəsi baş verib.
BMW markalı avtomobil yolu keçən 4 yaşlı Verdiyev Hüseyn Anar oğlu və atası Verdiyev Hüseyni vurub. Qəzada aldığı zərbədən 4 yaşlı uşaq başından və bədən nahiyəsindən ciddi xəsarətlər alıb.
Atası isə yüngül xəsarətlər alıb. Hadisəyə səbəb yüksək sürətin olması bildirilir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılan uşağın komada olduğu bildirilir.





























.jpg)
.jpeg)








.jpg)

















