Meyvə çəyirdəkləri adətən tullanır. Lakin müasir elmi araşdırmalar göstərir ki, bir çox meyvələrin çəyirdəkləri və tumları hətta bu meyvələrin özündən də faydalıdır.

Unikal.org milli.az-a istinadən bildirirki, alimlər bu meyvələri çəyirdəklərlə birlikdə yeməyi tövsiyə edir. Lakin udduqdan əvvəl çəyirdəkləri yaxşı çeynəmək lazımdır. Bu çəyirdəklərin tərkibində olan faydalı maddələrin orqanizmə düşməsini təmin edəcək.

Həmçinin meyvə çəyirdəkləri bağırsaqları yaxşı təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
Sizə ən faydalı meyvə çəyirdəkləri haqqında məlumat təqdim edirik.
Qarpız tumları
Qarpız tumlarının tərkibində olan sink və selen mineralları kişilər üçün xüsusilə xeyirlidir. Belə hesab olunur ki, qarpız tumları kişi orqanizminə "təbii viaqra" kimi təsir edir - potensiyanı (kişi gücü) artırır. Həmçinin tumlar prostat vəzinin sağlamlığını qoruyur, spermanın keyfiyyətini yaxşılaşdırır.
Həmçinin qarpız tumları qanda şəkərin səviyyəsini aşağı salır və dərinin vəziyyətini yaxşılaşdırır.
Yemiş tumları
Yemiş tumları ta qədimdən güclü afrodiziak kimi tanınır. Afrodiziak cinsi aktivliyi və həvəsi stimullaşdıran və artıran maddədir. Məhz bu səbəbdən yemiş tumları qədim vaxtlardan kişilərdə potensiyanın zəifələməsi, prostat vəzi xəstəlikəri zamanı istifadə olunurdu.
Yemiş tumları öd və sidikqovucu təsirə malikdir, orqanizmi qurdlardan təmizləyir.
Qreypfrut çəyirdəkləri
Bioflavonoidlərlə zəngin olan qreypfrut çəyirdəkləri immun sistemini gücləndirir, virus, mikrob və göbələkləri öldürür.
Üzüm çəyirdəkləri
Üzüm çəyirdəkləri çox faydalı "resveratrol" maddəsi ilə zəngindir. Bu maddə xərçəng əleyhinə təsirə malikdir, ürək və damarları möhkəmləndirir.
E vitamini ilə zəngin olan üzüm çəyirdəkləri üz dərisini daha cavan və gözəl edir.
Üzüm çəyirdəkləri fitoestrogen maddələrlə zəngindir. Bu maddələr qadınlar üçün xüsusilə faydalıdır.
Kivi çəyirdəkləri
Kivi çəyirdəkləri E vitamini və Omeqa-3 yağlı turşularla zəngindir.
E vitamini dərimizi cavan və gözəl saxlayır. Omeqa-3 yağlı turşuları ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, infarkt və insultun inkişafı riskini azaldır.
Alma çəyirdəkləri
Alma çəyirdəkləri yod və B17 vitaminlə zəngindir. Yod qalxanvari vəzinin normal fəaliyyətini təmin edir. B17 vitamini isə güclü xərçəngəleyhinə təsirə malikdir. Gün ərzində 5-6 alma çəyirdəyi yeyilə bilər. Əks halda zəhərlənmə mümkündür.
Nar çəyirdəkləri
Nar çəyirdəkləri çox faydalı sayılır.
Antioksidant və polifenol maddələrlə zəngin olan nar çəyirdəkləri güclü xərçəngəleyhinə vasitə kimi tanınır.
Həmçinin nar çəyirdəkləri iltihab, virus və mikrob əleyhinə təsirə malikdir.
Nəzərə almaq lazımdır ki, meyvə çəyirdəklərini həddindən artıq çox miqdarda yemək olmaz. Bu pozulmalara səbəb ola bilər.