Yaponiyada iyulun 18-dən 24-dək davam edən anomal istilər nəticəsində 3798 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 2-si dünyasını dəyişib, 58 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Ötən il Yaponiyada anomal istilər 100 nəfərin həyatına son qoymuş, ümumilikdə 53 min nəfər xəstəxanalara yerləşdirilmişdi.

Ölkədə hərarətin bu ildə yüksək həddə çatacağını proqnozlaşdıran yerli meteoroloqlar bunu Sakit okeanda formalaşan "El-Ninyo fenomeni ilə əlaqələndirirlər.