İngiltərədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, su beynin fəaliyyətini gücləndirir.
Mütəxəssislərin fikrincə, insanlar önəmli bir iş görməzdən əvvəl onların beyinləri daha surətlə çalışar. Təcrübədə iştirak edən adamlara bir həftə ərzində məntiqlə bağlı suallar verilib. Nəticədə məlum olub ki, sualları cavablamadan əvvəl su içən adamlar cavabları daha tez tapırlar. Su içməyənlər isə sualların cavabları haqqında daha çox düşünürlər.
Unikal.org-un məlumatına görə, raşdırmanı aparan professor Karolina Edmands su içən adamların beyninin digərlərinə nisbətən 14 faiz daha sürətlə çalışdığını deyir.