Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin siyahısını açıqlayıb.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, siyahıda vergi borcu olan bir neçə tanınmış hüquqi şəxslərin də adı yer alıb. Bunlardan biri "Hafka ləqəbli iş adamı Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovdur.

Belə ki, "Bakı klubunun vitse-prezidenti olan Z. Məmmədovun vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət tətbiq edilib.