Azərbaycanda Milli Məclisi tərəfindən qəbul edilmiş növbəti amnistiya aktının şamil edildiyi hərbçilərin sayı açıqlanıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, hərbi prokuror Xanlar Vəliyev bu gün keçirdiyi kollegiya iclasında bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında 2016-cı il 20 may tarixli qərarının Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən vaxtında icra olunması istiqamətində işlər davam etdirilir: "Hazırda 38 hərbi qulluqçuya amnistiya aktı tətbiq olunub.