Səhiyyə naziri Oqtay Şirəliyev partlayış baş verən Şirvan şəhərinə gəlib.
Unikal.org apa-ya istinadən bildirir ki, səhiyyə naziri yaralıların yerləşdirildiyi Şirvan Mərkəzi Şəhər Xəstəxanasındadır.
Qeyd edək ki, partlayış baş verəndən sonra Səhiyyə Nazirliyi nazir Oqtay Şirəliyevin xəsarət alanlara tibbi yardım göstərilməsi məsələsini şəxsi nəzarətinə götürməsi barədə məlumat açıqlayıb.
Xatırladaq ki, partlayış Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Araz zavodunda baş verib. Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.