Ayaqları bir-birinin üstünə qoyub əyləşmək vərdişi hər kəsdə var. Bu oturuş, zərif və seksualdır; zaman-zaman "feminen görünüşlə əlaqələndirilir.
Unikal.org moderator.az-a istinadən xəbər verir ki, bir çoxumuz heç düşünmədən ayaqlarımızı bir-birinin üstünə atırıq, lakin, bunun sağlamlığımızda ciddi problemlər doğura biləcəyini bilmirik.
Müəyyən bir üsulda saatlarla qalmaq, peroneal sinir iflici adlı bir problemə səbəb ola bilir. Bu vəziyyət, eyni mövqedə uzun saatlar boyunca oturulan zaman da görülür. Peroneal sinir iflicinə səbəb olmanın ən əsas səbəb isə ayaları bir-birinin üstünəatmaqdır.
2010-ci ildə aparılan müxtəlif araşdırmalar zamanı alimlər ayaqları bir-birinin üstünə ataraq uzun müddət oturmağın qan təzyiqini yüksəltdiyini aşkar edib. Qan təzyiqi probleminiz olmasa belə bu cür oturmaqdan qaçmaq məsləhətdir. Bu vəziyyətin səbəblərindən biri, belə oturuş zamanı qıçlardan sinəyə sürətlə qan getməsi və bu səbəbdən ürəkdən çox miqdarda qan pompalanmasıdır.
Bir başqa ehtimal isə ayaq əzələlərində meydana gələn izometrik məşqin qan axışına müqaviməti artırması və nəticə olaraq qan təzyiqinin yüksəlməsidir. Buna görə qıçları, biləkləri çarpaz qoymaq, ayaqları bir-birinin üzərinə aşırdığınız kimi təsir yaratmır. Bu mövqe, pelvik balanssızlığına da yol açır. Qıçların uzun müddət çarpaz şəkildə qalması, nəhayət daxili bud əzələlərini qısaldır, xarici bud əzələlərini isə uzadır. Və oynaqların yerlərindən oynama riski ortaya çıxır.
Bu cür oturmaq vərdişi "hörümçək damar riskini də artırır. Ayağı ayağın üstünə atmaq sıxılmış damarlarda iltihablanmalara səbəb olur. Qan damarlarında qanın səhv istiqamətə doğru axmasına maneə törədən kiçik valfler tapılar. Bu cür oturuş tərzi ilə damarlarınızdakı təzyiq artır və qan axışına maneə yaranır; nəticə olaraq damarlar daralır və zəifləyir. Bu vəziyyət, damarlardakı qanın toplanmasına və damarların şişməsinə səbəb olur.
Son olaraq, aparılan bir araşdırmanın nəticələrinə görə, gündə üç saatdan çox qıçı qıç üstünə ataraq oturmaq, donqar bir duruş, kürək və boyun ağrıları ilə özünü göstərir.