İcra başçısı şəhid ailələri ilə görüşdü
17:42 19-01-2016
CƏMİYYƏT
20 Yanvar faciəsinin 26-cü ildönümü ərəfəsində Lənkəran şəhər İcra hakimiyyətində şəhidlərin ailələri və iştirakçıları ilə görüş keçirilib.
İcra hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvlərinə başsağlığı verdikdən sonra 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə sovet qoşunlarının törətdiyi qətliamdan danışıb. Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin, Azadlıq, Müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin fədakarlığını eləcə də, vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək onların ailələrinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atır, qərarlar qəbul edir və sərəncamlar verir.
Qəbulda 20 Yanvar cəmiyyəti Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev, şəhid ailələrinin üzvləri və əlillər onlara göstərilən qayğıya görə Ölkə Prezidentinə və səmimi qəbula görə ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildiriblər. Sonda İcra başçısı qəbul iştirakçılarının problemlərinin operativ həll olunması üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verib. Şəhid ailələrinin üzvlərinə və əlillərə şəhər İcra hakimiyyəti tərəfindən maddi yardım və ərzaqlar da verilib.
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54