Irəvanda daha bir etiraz aksiyası Azadlıq meydanında keçirilir. Bu barədə Unikal.org "RIA Novosti"yə istinadən xəbər verir.
Aksiya iştrakçıları polis hissəsini ələ keçirmiş silahlı qrupu dəstəkləyirlər.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.