"5000 dollaradək kredit götürənlərə güzəştlər oluna bilər"
09:17 20-01-2016
CƏMİYYƏT
Elman Rüstəmov: "Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir"
Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov dollarda kredit götürən borclananlara güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib.
E. Rüstəmov bildirib ki, hal-hazırda bu məsələ "bizim iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur". Müxbirimizin "5 000 dollaradək olan kreditlər köhnə məzənnə ilə ödənilə bilərmi" sualına baş bankir bu cür cavab verib: "5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon dollardan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir".
"Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2 - 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir". Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. E.Rüstəmov əlavə edib ki, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib: "Artıq mübadilə əməliyyatları bankların daxilində aparılır və bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq".
Manatın bugünkü məzənnəsini sərt eniş adlandıran E. Rüstəmov əlavə edib ki, neftin qiymətinin 25-30 dollar ətrafında proqnozlaşdırıldığından makroiqtisadi sabitlik üçün iqtisadiyyat neftin qiymətinə uyğunlaşdırılmalıdır.
F.Əliyev
Digər Xəbərlər
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35