Şabranda qəribə olaylar yaşanır.
Unikal.org bildirir ki, rayon sakinlərinin avrasiya.net-ə verdiyi məlumata görə, son bir neçə gündür ki, Şabranın Gəndov kəndində gecə saatlarında uzun saqqallılar sakinlərin evlərinin darvazalarını döyərək qaçırlar.
Maraqlı odur ki, onlar yalnız dul qadınların yaşadıqları evləri nəzarətə götürürlər.
Bu adamların, çox güman ki, vəhhabi olduqları söylənilir. Onları görənlər də olub, amma hava qaranlıq olduğundan tanıya bilməyiblər. Bunu nə səbədən etdikləri isə hələ məlum deyil.