Suriya prezidenti Bəşər Əsəd iyun ayının əvvəlində gizli şəkildə Moskvaya səfər edib. O, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
Bu barədə Livanın "Əl-Cümhuriyyə qəzeti məlumat yayıb.
Məlumata görə, səfər əsas məqsədi avqustun əvvəlində ictimaiyyətə təqdim olunacaq Suriya üzrə Rusiya- ABŞ-ın birgə planıdır.
Nəşrin xəbər verir ki, Əsəd İsrailin baş naziri Binyamin Netanyahunun Rusiyaya səfərindən bir neçə gün əvvəl Moskvaya gəlib.
Netanyahu və Putin iyunun 7-də görüşüb.
Qəzet yazır ki, Əsəd və Putin danışıqlar zamanı Suriya və İsrail arasında münaqişənin dinc yolla həll olunması da müzakirə edib.