Amerikalı Rolando Kruz 17 yaşlı qızını Spapchat-dakı filtrlərə çox aludə olduğu üçün it qəfəsinə salıb.Unikal.org-un məlumatına görə, qızının Facebook səhifəsində Snapchat messencerindən paylaşılan, "Dog" ("İt") maska-filtri olan bir neçə fotosunu görüb. Bu filtr fotonu çəkən şəxsin şəklində onu it burnu, dili və qulaqları ilə "bəzəyir".

Qəzəblənən Rolando Kruz qızını it qəfəsinə salaraq bir neçə gün saxlayıb, onu itlər üçün qida ilə yemləyib, it üçün nəzərdə tutulmuş qaba su tökərək verib.

Bir neçə gün qızına zəng vura bilməyən və narahat olan nənə Kruzun evinə yollananda nəvəsini it qəfəsində görüb.

"Nə Rolando, nə də nəvəm zənglərimə cavab vermirdilər. Narahat oldum, oğlumun evinə yollandıi. Orada nəvəmi it qəfəsində gördüm", - nənə deyib.

Nənə polis çağırıb. Polis Rolando Kruzu həbs edib, qızını da azadlığa buraxıb. "Qızımın itə "çevrilmək" ideyası xoşuma gəlmədi. O it olmaq istədi, mən də onunla it kimi rəftar etdim", - Rolando Kruz deyib.