Şimali Marian adaları yaxınlığında, Sakit okeanda 7,7 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Aqrihan adasından 32 km cənub-şərqdə, ocağı isə 188 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər, həmçinin sunami təhlükəsi barədə məlumat verilmir.