Azərbaycanda çörək bahalaşıb.
Pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiymətində artım müşahidə olunub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiyməti 10 qəpik artıb.
Satıcılar deyir ki, təchizatçılar bu gündən etibarən satış nöqtələrinə çörəyi yeni qiymətlərlə gətirir: "Məsələn, daha çox istehlak olunan və "zavod çörəyi" kimi tanınan məhsul bu gündən etibarən bizə 46 qəpiyə gətirilir. Təbii ki, biz də qiymət artımına getməyə məcbur olduq. Bundan öncə 40 qəpiyə satılan çörək hazırda 50 qəpiyə satılır. Çəkisindən asılı olmayaraq, çörəyin qiyməti 10 qəpik artıb".
İqtisadiyyat Nazirliyi dünən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı çörəyin qiymətində artım müşahidə olunmadığını, qiymətdə hər hansı artım müşahidə olunarsa, bunun araşdırılacağını qeyd edib.