Tanınmış teleaparıcı Lalə Əlimuxtarovanın zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb.
Hətta onun vəziyyətinin ağır olduğuda deyilir. Unikal.org xəbər verir ki, milli.az əməkdaşı teleaparıcı ilə əlaqə saxlayıb.O,bu xəbərin doğruluğunu saytımıza təsdiqləyib. Vəziyyəti ilə əlaqədar danışmaqdan imtina edən teleaparıcının yaxınlarından aldığımız məlumata görə Laləqidadan zəhərlənib.
Hazırda onun Mərkəzi Klinik (Semaşko) Xəstəxanasında mədəsi yuyulur və özünü normal hiss edir.